MSK-da püşk atıldı - Namizədlərin pulsuz efir vaxtı (SİYAHI)

MSK-da püşk atıldı -  Namizədlərin pulsuz efir vaxtı (SİYAHI)
  19 Mart 2018    Oxunub:1870
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-ə təyin edilən prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılan ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
AzVision.az-ın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, prezidentliyə namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə həftədə 6 saat vaxt ayrılacaq.

N.Məmmədov qeyd edib ki, həmin 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq.

Püşkatma ilə İctimai Televiziyada həftədə 3 dəfə olmaqla saat 22:00 başlayacaq dəyirmi masada prezidentliyə namizədlərin çıxış etmə ardıcıllığı müəyyən edilib.

1. Namizədliyi öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc
2. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə,
3. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev,
4. Namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev,
5. Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev,
6. Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədov
7. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev,
8. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev,

Dəyirmi masa həftənin 1,2 və 3-cü günləri keçiriləcək. İctimai Radioda prezidentliyə namizədlərin dəyirmi masası isə həftənin 1, 2 və 3 günləri saat 19:00-da olacaq. Çıxış üçün hər namizədə 7 dəqiqə 30 saniyə vaxt ayırılacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Təşviqat   İTV  





Xəbər lenti