FHN Goranboydakı qəza ilə bağlı məlumat yayıb

FHN Goranboydakı qəza ilə bağlı məlumat yayıb
  10 Aprel 2018    Oxunub:1214
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində “VAZ” və “Mercedes” markalı iki minik avtomobilin toqquşması barədə məlumat daxil olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza   Goranboy  





Xəbər lenti