Ölkə xaricində səsvermə keçirilir - (Yenilənib)

Ölkə xaricində səsvermə keçirilir - (Yenilənib)
  11 Aprel 2018    Oxunub:2186
Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar ölkəmizin xarici səfirliklərində səsvermə keçirilir.
AzVision.az xəbər verir ki, Azərbaycanın Ukrayna, Moldova və Belarusdakı səfirliklərində yaradılan seçki məntəqələrində səsvermə vaxtında başlayıb.

Qazaxıstanın Almatı şəhərində, Gürcüstandakı, İrandakı, Özbəkistandakı səfirliklərdə Azərbaycan Respublikası prezidentinin seçkilərinə start verilib.

Prezident seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə səsvermə davam edir. Səfirlikdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 25 faizi səsvermə hüququndan istifadə edib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki səfirliyində və Dubaydakı baş konsulluğunda, həmçinin Azərbaycanın Latviyadakı səfirliyində yaradılmış yaradılmış seçki məntəqələrində də səsvermə davam edir.

AzVision.az


Teqlər: Seçki   Səsvermə  





Xəbər lenti