Azvision.az-ın əməkdaşı ATƏT DTHİB-yə etiraz etdi - VİDEO

  12 Aprel 2018    Oxunub : 1673
Azvision.az-ın əməkdaşı ATƏT DTHİB-yə etiraz etdi - VİDEO
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb. Bununla bağlı bu gün hər üç təşkilat birgə mətbuat konfransı keçirib.
AzVision.az xəbər verir ki, ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar, Nilza de Sena, AŞPA müşahidə missiyasının rəhbəri rumıniyalı parlamentar Viorel Rişard Badea, ATƏT DTİHB müşahidə missiyasının rəhbəri, niderlandlı parlamentar, Koryen Yonker öz çıxışlarında bir neçə neqativ fakta və tövsiyələrə yer ayırıb. Bu arada, prezident seçkiləri ilə bağlı yekun hesabat iki ay sonra təqdim olunacaq.

Lakin bugünkü tədbiri mətbuat konfransı adlandırmaq belə çətin idi. Nümayəndə heyətlərinin rəhbərləri medianın seçki prosesini şəffaf işıqlandırılması üçün məhdud şəraitin və hüquq bazanın olduğunu bildirdilər. Lakin bugünkü mətbuat konfransı özü, jurnalistlərin hüquqlarının məhdudlaşdırılması idi. Havasız otaqda, iki saatdan çox gözlədikdən sonra bir sıra bəyanatlar eşitdik.

Səsləndirilən bəyanatları biz İnternetdən və ya daha sonra paylanılan pres-relizdən də oxuya bilərdik. Biz KİV nümayəndələrinin öz suallarımızı vermək və birbaşa cavab almaq imkanımız olmadı. Azvision English-in üzvü də öz fikirlərini müşahidəçi komandasına verdi.

Bağışlayın, lakin mətbuat konfransları uzun-uzadı izahatlar üçün platforma olmamalıdır. Bu cür tədbirlərdə sualları olan hər bir jurnalistə bərabər imkanlar yaradılmalıdır. Məgər bu jurnalistin qərəzsiz məlumat hazırlamasının məhdudlaşdırılması və söz azadlığının pozulması deyil?



AzVision.az


Teqlər: ATƏT   DTHİB