"ATƏT DTİHB-nin bəyanatı xroniki xəstəliklər kimidir" - YAP-dan münasibət

"ATƏT DTİHB-nin bəyanatı xroniki xəstəliklər kimidir" - YAP-dan münasibət
  13 Aprel 2018    Oxunub:1400
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu geopolitik siyasətdə alət rolunu oynayır”.

AzVision.az-ın məlumatına görə, bunu YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı vurğulayıb ki, bu təşkilat məqsədyönlü şəkildə məlum beynəlxalq dairələrə xidmət göstərir və müəyyən milli dövlətlərə qarşı həqiqətdən uzaq bəyanatlar yayır: “Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT DTİHB-nin müşahidə missiyasının verdiyi bəyanat xroniki xəstəliklər kimidir. Belə xroniki xəstəliklə rastlaşmağımız birinci dəfə deyil. Çünki əvvəlki seçkilərdə də biz təşkilatın bu tipli bəyanatlarının şahidi olmuşuq”.

YAP rəsmisi qeyd edib ki, ATƏT DTİHB-nin müşahidə missiyasının bu mövqeyi sifarişlidir, ikili standartların göstəricisidir və müəyyən məqsədlər daşıyır: “Lakin bu cür bəyanatlar seçkilərdə xalqın Prezident seçdiyi cənab İlham Əliyevin siyasətinə təsir göstərə bilməz. Belə bəyanatlar həmin təşkilatların özləri üçündür, cəmiyyətimiz üçün heç bir önəm kəsb etmir. Əsas xalqın iradəsidir ki, Azərbaycan xalqı prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərdi”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Seçki   ATƏT  





Xəbər lenti