Kamran İmanov: "Jurnalistlərin yazıları oğurlanılır"

Kamran İmanov: "Jurnalistlərin yazıları oğurlanılır"
  20 Aprel 2018    Oxunub:1467
"Jurnalistlərin yazıları oğurlanılıb, oğurlanılır və çox güman ki, bundan sonra da oğurlanacaq"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. Qurum rəhbəri bunu əqli mülkiyyət mədəniyyətinin formalaşmaması ilə əlaqələndirib.

"Əqli mülkiyyətin formalaşdırılmaması bütün dünyada bəladır. Xüsusən də jurnalistlər indi sosial şəbəkələrin, internetin imkanlarından yararlanırlar. Amma yazıdan istifadə etmək üçün mədəniyyət də olmalıdır".

K. İmanov Müəllif Hüquqları Agentliyinin saytında jurnalistlərin öz yazılarını qoruması və ya başqa hansısa yazıya istinad etmələri ilə bağlı məlumatların olduğunu qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Kamran-İmanov  





Xəbər lenti