Azərbaycan yeni silahlar istehsal edəcək

Azərbaycan yeni silahlar istehsal edəcək
  27 Aprel 2018    Oxunub:7165
Cari ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 118 mövzunu əhatə edən 127 adda məmulat üzrə təcrübi-konstruktor işlərinin aparılması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında çıxış edən nazir Yavər Camalov bildirilib. Onun sözlərinə görə, aparılacaq işlər 181 mərhələni əhatə edəcəkdir:

“Yaradılması nəzərdə tutlan məmulatlardan xüsusi təyinatlı hücum pulemyotunu, müxtəlif millimetrlik avtomat silahları, iri çaplı pulemyotlar və avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan komplesini, lüləaltı qumbaraatanını və snayper tüfəngləri üçün optik nişangahları göstərmək olar”.

Nazir bildirib ki, hesabat dövründə yeni müdafiə təyinatlı məmulatların yaradılması üzrə nazirliyin Elmi-Tədqiqat İnstitutu (ETİ) və Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən dövlət sifarişi xətti ilə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla davam etdirilib:

“2018-ci ilin birinci rübündə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib”.

AzVision.az



Teqlər: Silah   MSN  





Xəbər lenti