Orduda hərbi beşnövçülük üzrə yarışlar keçirilir - Fotolar
Müdafiə Nazirliyinin zabiti, polkovnik Sadiq Paşayev açılışda çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Qoşun növlərini və birləşmələri təmsil edən 14 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə aparır. 80-dək hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, 8 km məsafəyə kross və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayırlar.
AzVision.az