Prezident Arxiv İdarəsinin rəisini təltif edib

  27 Aprel 2018    Oxunub : 1075
Prezident Arxiv İdarəsinin rəisini təltif edib
Prezident İlham Əliyev Ataxan Əvəz oğlu Paşayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında arxiv işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ataxan Əvəz oğlu Paşayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, Ataxan Əvəz oğlu Paşayev Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisidir.

AzVision.az

Teqlər: İlham-Əliyev   Sərəncam