Ermənilər Qarabağda 260 min hektar meşəni məhv edir
AzVision.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib.
S. Abbasov bildirib ki, bundan başqa, Dağlıq Qarabağda 260 min hektar meşə, Qazax, Goranboy, və Füzuli rayonlarının işğal altındakı ərazilərdə 4 min hektar meşə sahəsi qalıb: "Həmin meşələr ermənilər tərəfindən məhv edilir. Bu, Ermənistanda mebel sənayesinin inkişaf etməsindən bəllidir. Ermənistanın öz ərazilərinə qalsa, onların 1 stul düzəltməyə yararlı meşə ağacları yoxdur".
Departament direktoru qeyd edib ki, Qazax və Goranboyda 3374 hektar dövlət meşə fondu torpaqları işğal altındadır.
Aytən Zəhra
AzVision.az