Xalq artisti Fuad Poladov dəfn olunub -Yenilənib

Xalq artisti Fuad Poladov dəfn olunub -Yenilənib
  05 May 2018    Oxunub:4620
Xalq artisti Fuad Poladov vida mərasimindən sonra “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. AzVision.az xəbər verir ki, mərhum sənətkarın dəfn mərasimində dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak ediblər.

* * *

Xalq artisti Fuad Poladov uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib.

AzVision.az xəbər verir ki, mərhumla vida mərasimi evində keçiriləcək.

Mərhum aktyor "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

Fuad Poladov 43 filmə çəkilib.

AzVision.az



Teqlər: Aktyor   Fuad-Poladov  





Xəbər lenti