Qida Təhlükəsizliyi Agentliyi monitorinqlər keçirib

Qida Təhlükəsizliyi Agentliyi monitorinqlər keçirib
  26 May 2018    Oxunub:3259
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 24-25-də bir sıra ictimai iaşə obyektlərində monitorinqlər keçirib.
Agentliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlər zamanı qurumun əməkdaşları “Azərbaycan Supermarket”, “Azərbaycan Restaurants” və "Mari Vanna Operating Company" MMC-lərin fəaliyyəti ilə yaxından tanış olublar. Qida təhlükəsizliyi sahəsində mühüm əhəmiyyət daşıyan ictimai iaşə obyektlərinin qarşısında qoyulan tələblər haqqında sahibkarlıq subyektlərinə geniş məlumatlar verilib. Qida zəncirinin bütün mərhələlərində istehlakçı hüquqlarının qorunmasının əsas vəzifələrdən biri olduğu vurğulanıb.

Monitorinq zamanı ictimai iaşə müəssisələrinin əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub.

AzVision.az


Teqlər: QTA  





Xəbər lenti