"Sınıq Körpü"də telefon əməliyyatı

"Sınıq Körpü"də telefon əməliyyatı
  26 May 2018    Oxunub:2075
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dan AzVision.az-a verilən məlumata görə, baxış zamanı, nəqiyyat vasitəsinin gizli saxlanc yerlərindən 3 ədəd "Samsung J3", 2 ədəd"Samsung Galaxy J7 pro", 1 ədəd "Samsung Galaxy A5", "Samsung Galaxy J5" və "Samsung Galaxy J5 pro" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Telefon  





Xəbər lenti