Cocuq Mərcanlıya ikinci köç nə vaxt olacaq? - Açıqlama

Cocuq Mərcanlıya ikinci köç nə vaxt olacaq? - Açıqlama
  29 May 2018    Oxunub:2563
Cocuq-Mərcanlı kəndinə ikinci köç yaxın vaxtlarda baş tutacaq.

Bu barədə AzVision.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib. Komitə rəsmisi Cocuq Mərcanlıya köçürülmənin dəqiq vaxtının bəlli olmadığını deyib.
Qeyd edək ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Xatırladaq ki, birinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Cocuq-Mərcanlı   Qaçqınkom  





Xəbər lenti