Prezident baş katibi qəbul edib - Yenilənib
Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyətini qeyd etdi və bu tədbirə dəvətə görə minnətdarlığını bildirdi. O, Bakıya bu səfəri zamanı inanılmaz inkişafın şahidi olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Qaz İxrac Edən Ölkələr Forumu arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğuladı.
Yuri Sentyurin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumuna müşahidəçi qismində qoşulmasından keçən dövr ərzində ölkəmizin təşkilatın fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verdiyini xüsusi qeyd etdi.Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AzVision.az
Teqlər: İlham-Əliyev