Bakının təmiz və çirkli çimərlikləri açıqlandı
"Götürülmüş su və dib çöküntülərinin nümunələri üzərində analitik, mikrobioloji və ekotoksikoloji təhlillər aparılır. Çirklənmənin səbəbləri müxtəlifdir: Xəzərə yönəlmiş axarlar və insanların istirahət etdiyi zaman yaratdıqları ekoloji yük".
M.Qəmbərov bildirib ki, ETSN tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan" çimərliyi, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab təmizləyici qurğular quraşdırılıb, həmin axarların bir yerə toplanması üçün tədbirlər həyata keçirilir, çirkab suları təmizləndikdən sonra isə dənizə axıdılır.
Nazirlik rəsmisi, həmçinin Bakının ən təhlükəli çimərlikləri barədə məlumat verib: "Xəzər sahil zolağında aparılan monitorinqlərin nəticələri deməyə əsas verir ki, qeyd olunan ərazilərdə çimərlik sahələri mövsüm üçün yararlıdır. Lakin Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə orada zərərli maddələrin miqdarı normadan artıq olduğu müəyyən edilib. Bu səbəbdən qeyd olunan çimərliklərdn istifadə məqsədəuyğun deyil. Hazırda Xəzər dənizinin sahil zolağı və çimərlik ərazilərində ardıcıl və davamlı monitorinq işləri davam etdirilir".
Aytən Zəhra
AzVision.az