Pakistanla hərbi əməkdaşlıq müzakirə edildi
Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mujahid Ənvər Xan Pakistanla Azərbaycanın daim bir-birini dəstəkləyən ölkələr olduğunu qeyd edib, ölkələrimiz arasında möhkəm bağların, qarşılıqlı inam və hörmətin olduğunu, hər iki ölkənin ortaq mənəvi dəyərlərə və oxşarlıqlara sahib olduğunu vurğulayıb. Pakistan Hərbi Hava Qüvvələrinin Azərbaycan Hərbi Hava Qüvvələri ilə bütün sahələrdə səmərəli əməkdaşlığının, o cümlədən təcrübə mübadiləsi, sərgilərdə, təlimlərdə iştirakın davam etdiriləcəyini, qarşılıqlı səfərlərin və hər iki tərəfin bir birinə göstərdiyi dəstəyin daha da artırılacağını diqqətə çatdırıb.
AzVision.az
Teqlər: Pakistan Azərbaycan