Balakəndə 700-ə yaxın ev qazsız və işıqsız qaldı

Balakəndə 700-ə yaxın ev qazsız və işıqsız qaldı
  13 İyun 2018    Oxunub:1730
Balakən rayonunun Katex kəndində “Dəli” çayda suyun səviyyəsinin qalxması nəticəsində 30-a yaxın evin içərisinə su dolub.
Bu barədə AzVision.az-a Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, dünən axşam saat 22:00 radələrində Balakən rayonunda yağan intensiv leysan yağış nəticəsində Katex kəndindən keçən “Dəli” çayda suyun səviyyəsinin qalxması nəticəsində 700-yaxın həyətyanı təsərrüfatı su basıb, 30-a yaxın kürsülü evlərin içərisinə su dolub.

“Kənddə təxminən 700-ə yaxın evin qaz təchizatı dayandırılıb, elektrik enerji verilişi qismən kəsilib. Eyni zamanda Püştətala kəndi ərazisində həyətyanı təsərrüfatları su basması müşahidə edilir. Əkin sahələrinə və yol təsərrüfatına ziyan dəyib. “Dəli” çayın üzərindən keçən piyadalar üçün hazırlanmış keçidləri sel yuyub aparıb”.

İcra Hakimiyyətindən bildirilib ki, hazırda texnikalar fəlakətin aradan qaldırılması üçün əraziyə cəlb olunub. Sakinlərə dəymiş zərərin hesablanması üçün rayon fövqladə hallar komisiyasının üzvüləri iş aparır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Balakən  





Xəbər lenti