3 rayonda yanğın baş verib

Sabirabad rayonunun Nərimankənd kəndində ümumi sahəsi 110 m² olan talvarın yanar konstruksiyaları 65 m² sahədə, talvarın altına yığılmış 10 ton ot bağlamasının 4 tonu, sahəsi 150 m² olan tövlənin qamışdan ibarət tavanı 5 m² sahədə və sahəsi 300 m² olan tövlənin qamışdan ibarət tavanı 15 m² sahədə yanıb. Talvarın, ot bağlamasının və tövlələrin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
AzVision.az