Bakıda ev, Goranboyda maşın yanıb

Bakıda ev, Goranboyda maşın yanıb
  19 İyun 2018    Oxunub:1326
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² və ev əşyaları, digər otağın dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonu, Aşağı Ağcakənd kəndində “FORD” markalı avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Yanğın zamanı avtomobildə köməksiz vəziyyətdə qalmış 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti