Lənkəranda 20 minlik qızıl oğurlanıb

Lənkəranda 20 minlik qızıl oğurlanıb
  19 İyun 2018    Oxunub:1380
Lənkəranda külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qızıl satışı mağazalarının birindən 20.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Vüsal Ağayev saxlanılıb.

AzVision.az


Teqlər: Lənkəran   Qızıl  





Xəbər lenti