Ağdaşda 2 oğlan 17 yaşlı qızı zorla qaçırıb

Qızın valideynləri dərhal Ağdaş rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan və yeniyetmə qıza zor tətbiq edərək onu qaçıran şəxslər tutularaq istintaqa təhvil verilib. Sağ-salamat ailəsinə təhvil verilən qız qonşusu Rövşən Xəlilovla ailə qurmaq istəmədiyini, bir kənddə yaşamalarına baxmayaraq onunla əvvəllər heç bir ünsiyyəti olmadığını və zorla qaçırıldığını bildirib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə (adam oğurluğu) cinayət işi açılıb. Hər iki şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir. (APA)
AzVision.az