4 ton narkotik məhv edilib

  20 İyun 2018    Oxunub : 781
4 ton narkotik məhv edilib
Oğuz və Tərtər rayonlarında 4 tondan artıq çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “ AzVision.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Calud kəndi ərazisində çəkisi 2,5 ton olan 6300 ədəd, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən isə Xoruzlu kəndi ərazisində çəkisi 1,7 ton olan 1025 ədəd yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: DİN   Narkotik