Külli miqdarda narkotik aşkar edilib

Külli miqdarda narkotik aşkar edilib
  20 İyun 2018    Oxunub:1640
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı ilə mübarizə tədbirləri davam etdirilir.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tofiq Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan istixanada aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.







AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti