Su anbarında batan şəxs xilas edilib

Su anbarında batan şəxs xilas edilib
  21 İyun 2018    Oxunub:1387
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər su anbarında çimərkən batmaq təhlükəsilə üzləşib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat başa çatıb.

AzVision.az




Teqlər: FHN  





Xəbər lenti