4 rayonda yanğın olub

İsmayıllı rayonunun Qubaxəlilli kəndində 10 ha biçilməmiş taxıl sahəsi və 3 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Tovuz rayonunun Aşağı Quşçu kəndində ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 12 m2 sahədə və elektrik tənzimləyicisi yanlb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində 9 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
AzVision.az
Teqlər: