5 rayonda yanğın baş verib - Yenilənib

5 rayonda yanğın baş verib - Yenilənib
  23 İyun 2018    Oxunub:1645
Azərbaycanın bir neçə rayonunda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Məmmədli kəndində 42 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində ümumi sahəsi 64 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 6,5 ton ot bağlamasının 3 tonu yanın. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Sumaylı kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və damına yığılmış 4,5 ton ot bağlamasının 1,5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Beyləqan rayonunun Bolsulu kəndində “KLASS” markalı kombaynın mühərrikinin yanar hissələri və 2 ha biçilmiş taxıl sahəsi yanıb. Kombaynın qalan hissəsi və digər sahələr yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ucar rayonunun Qaradağlı kəndində "T-28" markalı traktorun qoşqularından birinə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb. Traktor, qoşqular və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti