Bakıda həkim xəstəni döymək istədi - VİDEO

Bakıda həkim xəstəni döymək istədi - VİDEO
  23 İyun 2018    Oxunub:2296
Adətən təcili yardıma gedən həkimlərin xəstələr və onların yaxınları tərəfindən təzyiqə məruz qalmaları, hətta döyülmə xəbərlərini sizə təqdim edirik. Bu dəfə isə əksinə olub.
Xəstə iddia edir ki, həkim çağırışa gec gəldiyi azmış kimi, hətta ona əl qaldırmaq istəyib. Üstəlik heç bir tibbi yardım göstərmədən çıxıb gedib. Onların mübahisəsini əks etdirən videogörüntü də var.

Mübahisə xəstə ilə ona yardıma gələn həkim arasında baş verib. Hadisə ötən gecə qeydə alınıb. Paytaxtın Nəsimi rayon sakini Lalə Məmədova səhhəti pisləşdiyi üçün təcili yardım çağırdığını deyir. Amma təcili yardım gec gəlib, elə mübahisə də onun həkimlərə bununla bağlı iradından sonra yaşanıb.



Lalə Məmmədova deyir ki, həkim ona hücum edib. Amma tibb bacısı ona mane olub. Təcili yardım qrupu xəsətəyə yardım göstərmədən ünvanı tərk edib.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün Nəsimi rayonu Asif Məhərrəmov 72 ünvanındaki Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına baş çəkdik, lakin, pasiyentın evinə gedən həkim gecə növbəsində çalışdığı üçün onu tapa bilmədik. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə bildirib ki, hazırda məsələ hüquq mühafizə oqranları tərəfindən araşdırılır. (Xəzər TV)

AzVision.az




Teqlər: Xəstə   Həkim  





Xəbər lenti