Həyətində çətənə əkən Siyəzən sakini tutulub

Həyətində çətənə əkən Siyəzən sakini tutulub
  23 İyun 2018    Oxunub:1883
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, iyunun 21-də Siyəzən RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən kənd sakini Bədəl Nəzərova məxsuz evin həyətyanı sahədəsində olan yarımçıq tikilidə xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 11 kq təşkil edən hündürlüyü 20-128 sm olan 87 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını aprel ayında əkdidiyini və öz becərdiyini bildirib.
Faktla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti