Bakıda yaşayış binasında yanğın: 7 nəfər xilas edilib

Bakıda yaşayış binasında yanğın: 7 nəfər xilas edilib
  23 İyun 2018    Oxunub:1394
Bakıda yaşayış binasında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri Yasamal rayonunda çoxrmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti