Xəbərdarlıq: Güclü külək əsəcək, yağış yağacaq

Xəbərdarlıq: Güclü külək əsəcək, yağış yağacaq
  23 İyun 2018    Oxunub:2501
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-dən AzVision.az-a verilən məlumata görə, iyunun 25-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Eyni zamanda, iyunun 24-26-da bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

AzVision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti