Xızıda evdən silah-sursat tapılıb

Xızıda evdən silah-sursat tapılıb
  23 İyun 2018    Oxunub:2142
Xızı sakininin evindən silah-sursat və narkotik aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini Ramin Rəhimovun evindən ov tüfəngi, 10 ədəd patron, 1 ədəd süngü-bıçaq, 1 ədəd xəncər, həmçinin narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti