Yavər Camalov kim idi? - Mərhum nazirin bioqrafiyası (FOTO)
AzVision.az Yavər Camalovun bioqrafiyasını oxuculara təqdim edir:
Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 - ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Y.Camalov prezidentin 18 mart 2006 -cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
O, 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Mərhumun 3 oğlu olub.
Sabiq nazirin oğlu Rövşən Camalov ötən ilin sentyabr ayında 44 yaşında dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
AzVision.az
Teqlər: Yavər-Camalov Nazir