Zərdabda 3, Lənkəranda 5 otaqlı ev yanıb

Zərdabda 3, Lənkəranda 5 otaqlı ev yanıb
  24 İyun 2018    Oxunub:1170
Zərdab və Lənkəranda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Zərdab rayonunda yanğın ümumi sahəsi 150 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 5 m2 sahədə və 5 m2 sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Lənkəran şəhərində ümumi sahəsi 240 m2 olan ikimərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində bir otağın və aynabəndin yanar konstruksiyaları 60 m2 sahədə, 2-ci mərtəbəsində aynabəndin və bir otağın plastikdən ibarət pəncərə çərçivələri 20 m2 və dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti