Xırdalanda yanğın - 3 azyaşlı xəsarət alıb

Xırdalanda yanğın - 3 azyaşlı xəsarət alıb
  24 İyun 2018    Oxunub:2920
Xırdalanda yanğın qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 104 m2 olan ikimərtəbəli evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları qismən yanıb. Yanğın zamanı 3 azyaşlı yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: FHN   Yanğın   Xırdalan  





Xəbər lenti