“Monolit Plaza”da yanğın olub

“Monolit Plaza”da yanğın olub
  25 İyun 2018    Oxunub:3094
Bakının Səbail rayonunda “Monilit Plaza” hotelinin ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m², dam örtüyü taxta atmalar və dəmirdən ibarət) olan ikimərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, ona bitişik ümumi sahəsi 50 m² olan istifadəyə yararsız talvarın yanar konstruksiyaları və 50 m² sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti