
Tərtər rayon sakinlərinin şikayət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Hacıqərvənd kəndi ərazindən 4 və rayon ərazisindən 7 mənzildən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Ramin Əliyev saxlanılıb. Araşdırmalarla onun 2012-ci ildən 2018-ci ilədək 11 evdən oğurluq edərək vətəndaşlara 35 min manatdan yuxarı ziyan vurduğu məlum olub. R. Əliyev oğurlanan qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirlir.
AzVision.az