Bakı şəhəri, Pirallahı rayonunda dənizdə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dənizdə batmış 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.