AzVision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin, 1 otağının tavanı 25 m², digər otağının yanar konstruksiyaları, ev əşyaları 12 m² və çardağının yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.