5 qəsəbə susuz qaldı

5 qəsəbə susuz qaldı
  28 İyun 2018    Oxunub:1311
Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən AzVision.az a verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti