Bakıda Əfqanıstanın taleyi müzakirə olunur - FOTOLAR (Yenilənib)

Bakıda Əfqanıstanın taleyi müzakirə olunur - FOTOLAR (Yenilənib)
  28 İyun 2018    Oxunub:2946
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirililir.

AzVision.az xəbər verir ki, tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ-ın Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edir.
Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikasının Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış etdiyi tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, məqsəd Əfqanıstan və ölkədən kənarda sülh və təhlükəsizliyə dair bir sıra hədəflərə nail olmaqdır.

Nazir müavinin fikrincə, bu, çox mühüm platformadır: "Geniş tərkibdən ibarət beynəlxalq ölkələr qrupu Əfqanıstan və "Taliban" münaqişəsinə dair əməkdaşlıqda çox maraqlıdır. Biz bu işdə kömək göstərmək və əməkdaşlıq etməyə, birgə səylərimizi daha da inkişaf etdirməyə şadıq. Mən, həmçinin məmnunam ki, biz bunu dost və qardaş ölkə üçün edirik. Bu ölkə ilə biz ümumi tarix, ümumi mədəniyyəti bölüşürük. Ümid edirəm ki, gələcəkdə bizim millətlər daha sıx əlaqədə olacaq.

Hər bir formatın öz məqsədi, dinamika və tapşırıqları var. Bu baxımdan Beynəlxalq Kontakt Qrupu (İCG) yaxşı platformadır. Bu platforma vacib siyasi platformadır", -deyə A.Əzimov bildirib.

Əfqanıstanda keçirilməsi gözlənilən seçkilərə toxunan nazir müavini deyib ki, oktyabrda bu ölkədə parlament seçkilərinin mümkün yollarla yaxşı təşkil olunacağına və nəticələrinin gələcəkdə stabilliyin möhkəmlənməsinə və növbəti prezident seçkiləri üçün yaxşı platforma yaradacağına inanır.

Qeyd edək ki, tədbir mediaya qapalı şəkildə davam etdirilib.







Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti