Şəkidə yük avtomobili yanıb

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Baş Göynük kəndində "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 1,2 ton ot bağlamasının 0,8 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
AzVision.az