Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AzVision.az-a veriən xəbərə görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Hüseyn Musayev və Əziz Musayev olduqları məlum olub və digər analoji cinayət əməllərinin də üstü açılıb.
Onların iyunun 21-də axşam saatlarında Səbail rayonu ərazisində Bakı şəhər sakini M.Nəsirovun 48 manatını quldurluq yolu ilə almaları da müəyyən edilib. Faktlarla bağlı araşdırma aparılır.
AzVision.az