Mingəçevirdə məhkəmə zalında qətl - Qadın öldürüldü

Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.
Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)
AzVision.az