Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Fərid Kamalovun evindən 695 qram tiryək, Liman şəhər sakini Mais Hüseynovun həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə kolu, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Mosul kənd sakini Kamil Durmuşovdan 15 qram, evindən isə əlavə olaraq 480 qram marixuana aşkar edərək götürüblər.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Qara Nuru kənd sakini Seymur Alməmmədovdan şəxsi axtarış zamanı marixuana aşkarlanıb. Polis əməkdaşları tərəfindən onun həmin narkotik vasitəni Sarıcalar kənd sakini Vüqar İmanzadədən aldığı müəyyən ediliib. Görülmüş tədbirlərlə V.İmanzadə saxlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində onun evindən 200 qram marixuana, həyətindəki yarımçıq tikilidən isə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az