Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb
  01 İyul 2018    Oxunub:1033
Son günlər isti havaların ardınca çaylarda sululuq səviyyəsi dəyişib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 26 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 40 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 89 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 143 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 2, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 335 sm (2017-ci il iyunun 29-da 382 sm), Şirvanda 189 sm (2017-ci il iyunun 29-da 277 sm), Salyanda 117 sm (2017-ci il iyunun 29-da 207 sm), Bankədə 177 sm (2017-ci il iyunun 29-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il iyunun 29-da 95 sm) təşkil edir.

AzVision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti