16 yaşlı oğlan dənizdə batıb

16 yaşlı oğlan dənizdə batıb
  01 İyul 2018    Oxunub:1953
İyunun 30-da dənizdə batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Alışov Həsən Cavad oğlunun axtarışları başa çatıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, H.Alışovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti