Dənizdə batan 7 nəfər xilas edilib

Dənizdə batan 7 nəfər xilas edilib
  02 İyul 2018    Oxunub:1747
Gün ərzində dənizdə batan 7 nəfər xilas olunub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Mingəçevir, Hövsan, Tağıyev, Novxanı, Zağulba-3 sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 7 nəfər xilas olunub.

AzVision.az


Teqlər: FHN   Dəniz  





Xəbər lenti