Göldə batan 4 nəfərin meyiti çıxarılıb

Göldə batan 4 nəfərin meyiti çıxarılıb
  02 İyul 2018    Oxunub:1542
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirdə 4 nəfərin göldə batması ilə bağlı məlumat yayıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Şəmkir rayonu, Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan Qayıbov Asif Həsən oğlunun, Tağıyev Abil Valeh oğlunun və Məmmədova Məhəbbət Kazım qızının axtarışları başa çatıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Asif Qayıbovun, Abil Tağıyevin və Məhəbbət Məmmədovanın cəsədləri tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Əliyeva Zeynəb Ədalət qızının cəsədi polis əməkdaşları tərəfindən sudan çıxarılıb.

AzVision.az


Teqlər: FHN   Göl  





Xəbər lenti