“O xoşbəxtlik hələ qapımı döyməyib” – YAP-çı deputat

61 yaşını qeyd edən deputat doğum günü ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.
- Yaş sizin üçün nədir?
- Yaş mənim üçün var-dövlətdir. Hər yaşıma sevinirəm. Yaşımın çoxalmasını böyük var- dövlət hesab edirəm. Bu, bizim yaşadığımız həyatın növbəti bir pilləsidir, insanlara dəyərli olmaq hissini yaşamaqdır.
-61-in kürəyini yerə vurmaq, bu günə çıxmaq çətin olmadı ki?
-Yox, hiss etmədim necə gəldi çatdı.
-Geriyə sayım etsək, ən çox hansı illərinizdə dayanardınız?
- Mən hər bir günümü - çətinliyimi, uğursuzluğumu, nəyinsə alınmadığını belə qiymətləndirirəm. Onlar olmasaydı, bugünkü 61 də olmazdı.
-Nəvələriniz varmı?
- Hələ yoxdur. O xoşbəxtlik qapımı döyməyib. Yoldaşımın "təbrik edirəm" sözü mənim üçün ən böyük hədiyyədir. O, həmişə mənə qarşı diqqətlidir. Qızım məxsusi təbrik hazırlamışdı, onu yüksək qiymətləndirirəm. Oğlum və gəlinim isə mənə ağ rəngdə, qısaqol köynək alıblar. Necə də hiss etmişdilər ki, o mənə bu gün gərəkdir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Aydın-Mirzəzadə Deputat Ad-günü YAP